Qvardiola “Barselona”ya De Zerbini məsləhət gördü

"Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola sabiq komandası “Barselona”ya yeni çalışdırıcı ilə bağlı məsləhət verib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, İspaniya klubunun prezidenti Joan Laporta ona bununla bağlı xahiş edib.

Hazırkı çalışdırıcı Xavi Ernandes mövsümün sonunda komandadan ayrılacağından, rəhbərlik yeni baş məşqçi axtarışındadı. Qvardiola Laportaya bu posta hazırda “Brayton”a rəhbərlik edən italiyalı Roberto De Zerbini gətirməyi tövsiyə edib.

Ancaq De Zerbinin bu təyinatı üçün Kataloniya klubu ingilislərə 10 milyon avro təzminat ödəməlidi.

Bütün xəbərlər Facebook səhifəmizdə