Basketbol üzrə Azərbaycan Kubokunda növbəti oyunlar keçirilib.
SİA xəbər verir ki, B qrupunda iki qarşılaşma baş tutub.
Əvvəlcə meydana "NTD-İndiqo" və "Şəki" komandaları çıxıblar. Oyun Xaçmaz klubunun 103:63 hesablı qələbəsi ilə yekunlaşıb.
"NTD-İndiqo"nun heyətində ən məhsuldar basketbolçu Murad Babayev (21 xal, 2 ribaund), "Şəki"də isə Pol Dibal (13 xal, 4 ribaund) olub.
Günün ikinci matçı "Sərhədçi" və "Gəncə" klubları arasında baş tutub. Görüş meydan sahiblərinin 99:63 hesablı qalibiyyəti ilə bitib.
"Sərhədçi"nin heyətində ən məhsuldar basketbolçu Cəbrayıl Əkbərov (22 xal,12 ribaund), "Gəncə"də isə Donovan Filds (13 xal, 1 asist) olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə