Vinisius Junior Cənubi Amerikanın ən yaxşısı oldu

2023-cü ilin ən yaxşı Cənubi Amerika futbolçusu mükafatını "Real" və Braziliya yığmasının hücumçusu Vinisius Junior alıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu mükafatı İspaniyanın Müstəqil Xəbər Agentliyi təqdim edir. 2023-cü ildə Vinisius 55 oyun keçirib, 23 qol vurub və 21 məhsuldar ötürmə edib. Həmçinin bu müddətdə 23 yaşlı braziliyalı, La Liqa, UEFA Superkuboku və Klublararası Dünya Çempionatı qalibi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə