Gimnastlar Rumıniyadakı turnirdə mübarizə aparacaqlar

Bədii gimnastika üzrə Azərbaycan millisi Rumıniyanın Ployeşti şəhərində keçiriləcək 23-cü “Irina Deleanu Cup” beynəlxalq turnirində iştirak edəcək. SİA-nın məlumatına görə, böyüklər arasında İlona Zeynalova, Mədinə Dəmirova, gənclər arasında Nəzrin Abdullayeva, Ayan Sadıqova və Sofiya Məmmədova bacarıqlarını göstərməyə çalışacaqlar.

Qeyd edək ki, yarış fevralın 23-25-də baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə