"Yuventus"un və Fransa millisinin yarımmüdafiəçisi Adrien Rabyo "Bavariya"ya keçə bilər.
SİA Qol.az-a istinadən xəbər verir ki, Münhen klubu mövsümün sonunda 28 yaşlı futbolçunu heyətinə cəlb etməyi planlaşdırır. Rabyonun Turin klubu ilə müqaviləsi iyunun 30-na qədərdir. "Bavariya" rəhbərliyi isə onu təzminat qiyməti ödəmədən - azad agent kimi transfer etməyi düşünür.
Qeyd edək ki, Rabyo 2019-cu ildən "Yuventus"da çıxış edir. O, daha əvvəl PSJ və “Tuluza”da da oynayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB