"Barselona”nın prezidenti Joan Laporta Xavinin cari mövsümün sonunda komandanın baş məşqçi postunu tərk etmək qərarını şərh edib.
...Xavi bizə bildirdi ki, mövsümün sonunda təzyiq və zəif nəticələrə görə klubdan ayrılır. Bu, “Barsa” əfsanəsi və dürüst bir insan olduğu üçün verdiyim qərardır. O, kluba qarşı həddindən artıq ləyaqət və hörmətlə davranır. Əminəm ki, Xavi və onun məşqçilər korpusunun “Barselona”ya bağlılığı sona qədər maksimum olacaq.
Laporta həmçinin qeyd edib ki, “Barselona” qalib reputasiyasını bərpa etmək üçün çalışır.
...Heç kimin xoşuna gəlməyən bu vəziyyətdən çıxmaq istəyirik. Bu birlik tələb edir və biz komanda olaraq ondan çıxmalıyıq. İşlər planlaşdırdığımız kimi getmir.
...Yenilənmiş heyətimizi nəzərə alsaq, biz daha çox şey gözləyirdik, lakin gözləntilərimiz doğrulanmadı. Biz bu vəziyyəti kökündən dəyişməliyik...
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB