“Atletiko” “Sevilya”nı turnirdən kənarlaşdırdı

İspaniya kubokunun 1/4 final mərhələsində Madrid “Atletiko”su “Sevilya” ilə qarşılaşıb. SİA xəbər verir ki, paytaxtdakı “Civitas Metropolitano” stadionunda tamaşaçılar cəmi bir qolun şahidi olublar.

İlk hissənin 26-cı dəqiqəsində “Sevilya”nın qapısına penalti təyin olunub. Lakin Antuan Qrizmann 11 metrlik zərbəni qola çevirə bilməyib.

79-cu dəqiqədə isə Memfis Depay görüşdə hesabı açaraq “Atletiko”nu önə keçirib. Bu qol görüşdə yeganə olub və Madrid klubunun yarımfinalda iştirakını rəsmiləşdirib. “Sevilya” isə turnirlə vidalaşmalı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə