Şevçenkoya Ukraynada yeni vəzifə verilib

Şevçenkoya Ukraynada yeni vəzifə verilib

Ukraynalı keçmiş futbolçu Andrey Şevçenkoya Ukraynada yeni vəzifə verilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, əfsanəvi futbolçu Ukrayna Futbol Assosiasiyasının prezidenti seçilib. Bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Şevçenko "Çelsi", "Milan", "Dinamo" klublarının şərəfini qoruyub. O, baş məşqçi karyerasında Ukrayna milli komandası və "Cenoa" klubunu çalışdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə