Azərbaycan atleti Amir İsmailov U-18 oğlanlar arasında ölkə rekorduna imza atıb. Azərbaycan Atletika Federasiyasından SİA-ya verilən məlumata görə, o, buna 2007-2008-ci il təvəllüdlü idmançılar arasında Bakı şəhər qış birinciliyində nail olub.
Amir İsmailov 60 metr məsafəyə sədlərlə qaçışda 8.47 saniyə nəticə göstərərək, Azərbaycan rekordunu yeniləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB