Bu halda Xavi böyük ehtimalla qovulacaq...

Bu halda Xavi böyük ehtimalla qovulacaq...

...Kataloniya “Barselona”sının bəzi futbolçuları komandanın baş məşqçisi Xavi Hernandezin işindən narazıdırlar.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, futbolçular bu mütəxəssisin rəhbərliyi altında uğura inamını itiriblər.

İspaniya Superkubokunun finalında “Real Madrid”ə böyük hesablı məğlubiyyətdən sonra komandada əhval-ruhiyyə ciddi şəkildə pisləşib.

Xatırladaq ki, həmən oyunda “Mavi qranatlar” əsas rəqibinə 1:4 hesabı ilə məğlub olublar.

“Barselona” növbəti matçlarda müsbət nəticə qazanmasa, o zaman Xavi böyük ehtimalla qovulacaq.

İspaniya çempionatının 19 oyunundan sonra Kataloniya nəhəngi 41 xal toplayıb və turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə