Qadın voleybolçuların Yüksək Liqasında IX turun oyun cədvəli açıqlanıb
Qadın voleybolçuların Yüksək Liqasında IX turun oyunlarının vaxtı bəlli olub. Azərbaycan Voleybol Federasiyasından (AVF) SİA-ya verilən məlumata görə, yanvarın 16-da keçiriləcək qarşılaşmalar Bakı və Gəncə şəhərlərində baş tutacaq.
Əvvəlcə meydana “Gəncə” və “Abşeron” komandaları çıxacaqlar. Bu görüş saat 15:00-da başlayacaq.
Günün digər oyunlarında isə UNEC “Murov Az Terminal”ı, “Azərreyl” isə Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində “Milli Aviasiya Akademiyası”nı qəbul edəcək. Hər iki görüş saat 18:00-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB