"Ötən festivaldan fərqli olaraq bu il festivalda 5 nominasiya olacaq" - Arzu Qulamov
"Bu artıq ikinci festivaldır ki, baş tutur. İkinci festivalda yenilik olaraq hollivud sistemini tətbiq etmişik. Bu il keçən festivaldan fərqli olaraq 5 nominasiya olacaq. İki nominasiyanı qadın idmançılara həsr etmişik". SİA xəbər verir ki, bu sözləri festivalın baş prodüseri, Avrasiya Televiziya və radio Akademiyasının akademiki Arzu Qulamov Milli Olimpiya Komitəsinin təsis etdiyi "İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı"nın münsiflər heyətinin mətbuat konfransında deyib.
"Dekabr ayının 5-dən festival öz işinə başlayıb. 15-20 layihə təqdim olunub. Festival məkanında tv kanalları, federasiyaların idman növlərinin təşviqində sıx əməkdaşlıq etmək üçün şərait yaratmışıq. Bu festivala ictimai qurumlar, özəl şirkətlər də maraq göstərir. Bu il fəaliyyət göstərən bütün televiziya kanallarını özümüzə cəlb edə bilmişik",- deyə o əlavə edib.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB