Braziliyalı “Messino”nun yeni elçiləri...

Braziliyalı “Messino”nun yeni elçiləri...

...İspaniya gənc braziliyalı oyunçular üçün “vəd edilmiş ölkəyə” çevrilir. Yəni gərək ki, bizlərdə buna “oylağ” deyirlər.

SİA-nın əldə etdiyi məlumata görə, xarici qaynaqlar bunu əsaslandırmaq üçün faktlar da göstərirlər. Məsələn, Vitor Rokenin “Barselona”ya keçdi, Endrikin “Real Madrid”ə keçmək üzrə olduğunu və s. və ilaxır.

Deyilənlərə görə, dəqiq desək, İtaliyanın ITASportPress xəbər agentliyinin yazdığına görə, bu günlərdə “Barselona”da ilk debütünü edən Vitor Roke həmyerlisi “Messino” ləqəbi ilə tanınan 16 yaşlı futbolçunu “Barsa”ya keçməyə razı salmağa çalışır.

Yeri gəlmişkən, Braziliyanın “Palmeyras” klubunun 16 yaşlı futbolçusuna elçi düşənlərdin ilklərindən biri İngiltərənin “Mançester Yunayted” klubu olsa da, indi ona “Mançester Siti”, “Çelsi”, “Arsenal”, İspaniyanın “Real Madrid” və “Barselona” klubları da qoşulublar.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə