“Çelsi” son dəqiqə qolu ilə qalib gəldi

“Çelsi” son dəqiqə qolu ilə qalib gəldi

İngiltərə Premyer Liqasının 19-cu turu çərçivəsində “Çelsi” və “Kristal Pelas” komandaları qarşılaşıb. SİA xəbər verir ki, Londondakı “Stemford Bric”də baş tutan matç ev sahiblərinin üstünlüyü ilə yekunlaşıb - 2:1.

13-cü dəqiqədə hesabı “Çelsi”dən Mudrik açıb. 45+1-ci dəqiqədə Olise hesabı bərabərləşdirib. 89-cu dəqiqədə isə Madueke penaltini qola çevirərək “zadəganlar”ın qələbəsini rəsmiləşdirib.

Hazırda Premyer Liqada keçirilən 19 oyundan sonra “Çelsi” 25 xalla 10-cu yerdədir. “Kristal Pelas” isə 18 xalla 16-cıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə