"Faiq Qarayev adını Azərbaycanın idman tarixinə həkk etməyi bacarıb" - Fərid Qayıbov
“Faiq Qarayev Azərbaycanda seçilən məşqçilərdən biridir”. SİA xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov voleybol üzrə Azərbaycan millisinin yenidən baş məşqçisi təyin olunan Faiq Qarayevlə bağlı fikirlərini bildirib.
Nazir qeyd edib ki, Faiq Qarayev adını Azərbaycanın idman tarixinin yaddaşına həkk etdirməyi bacarıb: “Çox istərdik ki, onun yetirmələrində ən azı özü qədər olmasa da, idman sahəsində fəal çıxış etsinlər”.
Sponsorların voleybol klublarına cəlb edilməsi istiqamətində nazirlik tərəfindən müəyyən işlərin görüldüyünü vurğulayan Fərid Qayıbov klubların yaxşı şəkildə inkişafı üçün çalışdıqlarını qeyd edib: “Biz istərdik ki, hər zaman voleybolumuz inkişaf etsin. Heç kim istəməz ki, hansısa klubumuz bağlansın. Çünki burada əziyyət var. Bu hal bizim idmanımız üçün yaxşı hal deyil. Problemlərdən çox danışmaq olar. Amma nazirlik hansısa kluba birbaşa kömək edə bilməz. İlin əvvəlində nazirlik tərəfindən federasiyaya göstərilən dəstək açıqlanır”.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB