"Barselona”nın yeni futbolçusu Vitor Roke tezliklə İspaniyaya yollanacaq.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, braziliyalı vinger 24 saat ərzində Braziliyanı tərk edəcək.
O, sabah Barselonaya gedəcək. 18 yaşlı hücumçu ailəsi ilə birlikdə İspaniyaya uçacaq və yaxın günlərdə Kataloniya klubunda məşqlərə başlayacaq. O, “Barselona”ya “Atletiko Paranaense”dən keçib.
“Barselona” bu transfer üçün braziliyalılara 40 milyon avro ödəyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB