Çövkən üzrə “Prezident Kuboku -2023” yarışlarında finalçılar müəyyənləşdi - FOTOLAR

Çövkən üzrə “Prezident Kuboku -2023” yarışlarında finalçılar müəyyənləşdi - FOTOLAR

Dekabrın 15-də Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə start götürən Çövkən Milli Atüstü oyunu üzrə “Prezident Kuboku” turnirinin yarımfinal oyunları baş tutub. SİA xəbər verir ki, günün ilk oyununda “Polad” komandası “Omar” komandasına 4:1 hesabı ilə qalib gələrək finala yüksəlib. Digər yarımfinal oyununda isə “Sərhədçi-Qarabağ” komandası “Sərhədçi-Dilbaz” komandasına minimal hesabla qalib gələrək finalda “Polad” komandasının rəqibi olub.

Turnirin final oyunları 24 dekabr 2023-cü il tarixdə saat 11:00-dan etibarən keçiriləcək.

Günün ilk oyununda “Sərhədçi-Dilbaz” komandası “Omar” komandası ilə turnirin 3-cüsünü müəyyən edəcək. Kubokun sahibini isə “Polad” və “Sərhədçi-Qarabağ” komandaları müəyyən edəcək.

Final oyununun ardınca turnir iştirakçılarının təltif mərasimi keçiriləcək.