"Qarabağ"-MOİK qarşılaşması start götürüb - FOTOLAR

"Qarabağ"-MOİK qarşılaşması start götürüb - FOTOLAR

Bu gün Xankəndi şəhərində 30 ildən sonra tarixi oyun keçirilir. SİA xəbər verir ki, Ağdamın “Qarabağ” komandası Xankəndi stadionunda MOİK-lə üz-üzə gəlib.

AFFA və Peşəkar Futbol Liqası təyinatlar zamanı müəyyən həssas məqamları nəzərə alıb. Belə ki, Xankəndi şəhər stadionunda keçiriləcək qarşılaşmanın referisi Əli Əliyev 44 günlük Vətən müharibəsinin fəal iştirakçılarından olub. Bundan başqa, matçın dördüncü hakimi Kamal Umudlu və yan xətt hakimi Taleh Məmmədov da İkinci Qarabağ müharibəsinin veteranlarındandır.

Matçın hakim-inspektoru Munis Abdulayev isə bir vaxtlar Xankəndinin “Qarabağ” komandasında oynayıb. O, daha sonra Azərbaycan çempionatlarında hakimlik edib. Hazırda isə M.Abdullayev hakim-inspektor kimi fəaliyyət göstərir.

Qeyd edək ki, matçın qalibi 1/4 finalda “Sabah”la qarşılaşacaq.

Xatırladaq ki, axırıncı dəfə 1993-cü ilin mayında “Qarabağ” Ağdamın “İmarət” stadionunda Tovuzun “Turan” klubu ilə qarşılaşıb və 1:0 hesablı qələbə qazanıb.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə