“Barselona” autsayderə çətinliklə qalib gəldi

“Barselona” autsayderə çətinliklə qalib gəldi

“Barselona” və “Almeriya” komandaları arasında baş tutan La Liqanın 18-ci tur oyunu başa çatıb. SİA xəbər verir ki, Katalon klubu autsayderə çətinliklə qalib gəlib - 3:2.

33-cü dəqiqədə “Barselona” cinah hücumçusu Rafinyanın qolu sayəsində hesabda önə keçib - 1:0. Lakin cəmi 10 dəqiqə sonra qonaqların hücumçusu Leo Baptistao hesabı bərabərləşdirib - 1:1.

60-cı dəqiqədə Serxi Roberto “Barselona”nı irəli çıxarıb - 2:1. 11 dəqiqə sonra “Almeria” yenidən hesabda bərabərlik yaradıb. Bu dəfə katalonların qapısını məhz Edqar Qonzales dəqiq hədəfə alıb. 83-cü dəqiqədə Robertonun ikinci qolu “Barselona”ya qələbə qazandırıb.

Beləliklə də, hazırda “Barsa” İspaniya çempionatının turnir cədvəlində üçüncü yerdədir. Komanda 18 turdan sonra 38 xal toplayıb. “Almeria” isə cəmi beş xalla sonuncu, 20-ci yerdə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə