“Barselona”nın baş məşqçisi Xavi dünən “Valensiya” ilə matçda (1:1) xal itkisinin səbəblərindən danışıb.
SİA-nın əldə etdiyi məlumata görə, Joao Feliks ikinci hissənin əvvəlində uzaq dirəyə endirdiyi zərbə ilə komandasını irəli çıxarmışdı, amma 70-ci dəqiqədə rəqib komandanın oyunçusu Quillamon topu yuxarı küncə göndərərək yekun hesabı təyin etdi: -1:1.
“...Futbolda bu, rəqibini çox bağışlayanda olur. Amma biz qələbəyə layiq idik - yaxşı idik və bunun üçün hər şeyi etdik. Çox aydın olan kifayət qədər şanslar yaratdıq. Səmərəliliklə bağlı problemlərimiz var, rəqibin cərimə meydançasında daha əzmkar olmalıyıq. Oyunu bağlamadıq və bu, La Liqada başımıza gələnlərin xülasəsidir. İki xal itirildi. Mən məyus oldum, çünki düşünürəm ki, bu oyun qalib gəlməli idi. Amma pozitiv olmaq istəyirəm. Əminəm ki, biz inkişaf edəcəyik”.
Xavi bildirib bunu.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB