Abdullah Zubir “Qarabağ” klubunda 50-ci qolunu vurub

Abdullah Zubir “Qarabağ” klubunda 50-ci qolunu vurub. SİA Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yubiley Azərbaycan Premyer Liqasının XVI turuna təsadüf edib.

32 yaşlı yarımmüdafiəçi “Sumqayıt”la səfər matçında qol sevinci yaşayıb.

Fransalı oyunçu Ağdam klubunda 236-cı oyununda 50-ci qolunu vurub. O, Premyer Liqada 38, ölkə kubokunda 1, avrokuboklarda 11 dəfə fərqlənib.

Fransalı legionerin ilk qolu debüt etdiyi 2018/19 mövsümündə qeydə alınıb. O, 2018-ci il sentyabrın 23-də “Qəbələ” ilə ev matçında (4:1) iki qola imza atıb.

Bütün xəbərlər Facebook səhifəmizdə