Azərbaycanın yunan-Roma güləşçisi Nihad Quluzadə Bakıda keçirilən hərbiçilər arasında güləş üzrə 36-cı dünya çempionatında qızıl medal qazanıb. SİA xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz final görüşündə iranlı rəqibinə 5 xal üstünlüyü ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, Azərbaycan güləşçiləri mundialın ilk 3 günündə 10 qızıl, 2 gümüş və 6 bürünc medal qazanıblar.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB