UCI-nin məşqçilik kursunun iştirakçılarına sertifikatlar təqdim olunub - FOTOLAR

UCI-nin məşqçilik kursunun iştirakçılarına sertifikatlar təqdim olunub - FOTOLAR

Bu gün velosiped məşqçiləri üçün beynəlxalq səviyyəli LEVEL-1 texniki kursunun bağlanış mərasimi keçirilir. SİA xəbər verir ki, mərasimdə Milli Olimpiya Komitəsi və Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə keçirilən Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) məşqçilik kursunun iştirakçılarına sertifikatlar təqdim edilir. Bu, MOK və AVF-nin birgə təşkilatçılığı ilə keçirilən 4-cü beynəlxalq dərəcəli kursdur. Kursda 18 məşqçi iştirak edib.

Qeyd edək ki, MOK son 6 il ərzində 7 federasiya ilə 16 kurs keçirib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə