"Alpagut idman növü gələcəkdə beynəlxalq arenada da nüfuz qazanacaq" - QURUM RƏSMİSİ BİLDİRDİ

"Alpagut idman növü gələcəkdə beynəlxalq arenada da nüfuz qazanacaq" - QURUM RƏSMİSİ BİLDİRDİ

"Bizim üçün fəxrdir ki, Azərbaycana məxsus olan, xalqımızın milliliyini tərənnüm edən alpagut idman növü TAFİSA-nın bir üzvüdür. Bu idman növü gələcəkdə ölkəmizdə olduğu kimi beynəlxalq arenada da böyük nüfuz qazanacaq". SİA xəbər verir ki, bu sözləri Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov TAFİSA, Gənclər və İdman Nazirliyi, TAFİSA və Dünya Alpagut Federasiyasının birgə təşkil etdiyi mətbuat konfransında deyib.

"Dünya sıralamasında olan idman növləri içərisində alpagutun da önəmli yer tutmasına ümid edirik. Bundan sonra ölkəmizdə alpagut idman növü üzrə beynəlxalq miqyasda tədbirlərin keçiriləcəyinə şübhəmiz yoxdur. Təbii ki, idman ailəsinin birliyi sayəsində buna nail olacağıq",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə