Ağırlıq qaldıranların boyu qısa olur? - BAŞ MƏŞQÇİ AÇIQLADI

Ağırlıq qaldıranların boyu qısa olur? - BAŞ MƏŞQÇİ AÇIQLADI

“Basketbol idman növünə fikir versəniz qısaboylu şəxslərinin sayını sıfırın altında görərsiniz”. Bu sözləri SİA-ya açıqlamasında MMA məşqçisi, "TT Fight" döyüş klubunun baş məşqçisi Şəhriyar Abbasov deyib.

Şəhriyar Abbasov sözlərinə belə davam edib: “Həmçinin, voleybol idman növü ilə məşğul olanların da boyu uzun olur. Bu onların hərəkətlər nəticəsində formalaşması səbəbindən belə olur. Biz eyni zamanda bunu gimnastika ilə müqayisə edə bilərik. Mən hər zaman valideynlərə məsləhət görürəm ki, uşağı 1-2 il idman gimnastikasına yönləndirmək olar. Bundan sonra isə başqa idman növlərinə yönləndirmək məsləhətdir.

Bütün idman gimnastikasında olanların boyları qısa qalır. Çünki əzələ vaxtından əvvəl yetişir. Orada 4-5 hərəkət var. Vaxtından əvvəl əzələlərin yetişməsi onların boyunun uzanmasına icazə vermir. Məsələn, bir ağacın altına digərini əksələr o ilk ağacdan böyük olmayacaq. Burada da əzələ sümüyün üzərində formalaşır və sümüyü inkişaf etməyə qoymur.

Fikir versəniz, gimnastların bədəni ideal olsa da, boyları qısadır. Bu ağırlıq qaldıranlara da aiddir. Belə idman növü ilə 13-14-15 yaşından sonra professional adamların yanında məşğul olmaq lazımdır. Çünki burada güc çox düşür və bu məqama diqqət etmək önəmlidir. Ümumilikdə isə bütün idman növləri idmançıların boylarına təsir edir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə