"Barselona" Çempionlar Liqasında "Şaxtyor"a qalib gəlib

"Barselona" Çempionlar Liqasında "Şaxtyor"a qalib gəlib

İspaniyanın "Barselona" klubu Çempionlar Liqasının qrup mərhələsində Ukraynanın "Şaxtyor" klubuna qalib gəlib.

SİA-nın əldə etdiyi məlumata görə, u barədə Lenta.ru-nun müxbiri məlumat verib.

Barselonada baş tutan görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Kataloniyalıların qollarını Ferran Torres və Fermin Lopez Martin vurub. Qonaqların yeganə qolunu Georgi Sudakov vurub.

Üçüncü görüşdə qazandığı üçüncü qələbə sayəsində “Barselona” H qrupunda liderliyini möhkəmləndirib. Komandanın 9 xalı var. “Şaxtyor” üç xalla üçüncü pillədə qərarlaşıb. Kvartetə həmçinin Portuqaliyanın “Porto”su (üç xal) və Belçikanın “Antverpen”i (xalı yoxdur) daxildir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə