Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunun hücumçusu Kriştianu Ronalduya qarşı cinsi zorakılıq faktı ilə bağlı yeni iddia qaldırılıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, amerikalı model Ketrin Mayorqinin vəkilləri ABŞ Apellyasiya Məhkəməsindən 2018-ci ildə qaldırılan iddianın təzələnməsini istəyiblər. 2022-ci ilin iyununda qadının vəkili Lesli Mark Stovall proses zamanı oğurlanmış məxfi sənədlərdən istifadə etdiyi üçün iddia rədd edilib.
2018-ci ildə Mayorqi futbolçunun 9 il öncə (2009-cu ildə) Las-Veqasda ona təcavüz etdiyini deyib. Hadisədən sonra Ronaldonun xanıma susması üçün 375 min dollar ödədiyi iddia edilir. İdmançı özü aralarında yaxınlıq olduğunu etiraf etsə də, zorlama faktını təkzib edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB