Messinin yaşıl meydanlara qayıdacağı tarix BƏLLİ OLDU

Messinin yaşıl meydanlara qayıdacağı tarix BƏLLİ OLDU

“İnter Mayami”nin futbolçusu Lionel Messinin yaşıl meydanlara qayıdacağı vaxt məlum olub. SİA xəbər verir ki, argentinalı hücumçu oktyabrın 8-də MLS-də (“Major League Soccer") “Sinsinnati" ilə görüşdə meydana çıxa biləcək.

MLS-də dörd turu buraxan Messi oktyabrın 5-də “Çikaqo Fayr”la matçda da forma geyinməyəcək.

36 yaşlı hücumçu bu yay Fransa PSJ-sindən keçdiyi “İnter Mayami”də 12 oyunda 11 qol vurub, beş məhsuldar ötürmə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə