Messi azərbaycanlı iş adamı ilə görüşüb

Messi azərbaycanlı iş adamı ilə görüşüb

"İnter Mayami"nin futbolçusu Lionel Messi azərbaycanlı iş adamı Adnan Əhmədzadə ilə fotosunu yayıb.

SİA Qol.az-a istinadən xəbər verir ki, argentinalı hücumçu bu barədə özünün İnstaqram hesabında paylaşım edib.

Adnan Əhmədzadə və xanımı Messinin evində qonaq olub. Messinin həyat yoldaşı Antonella Rokutsa da bununla bağlı İnstaqram hesabında paylaşım edib.

Xatırladaq ki, Messi ilə Adnan Əhmədzadə bu ilin aprel ayında Parisdə də görüşmüşdü.

Bütün xəbərlər Facebook səhifəmizdə