"Azərbaycan hər zaman milli idman növlərinin inkişafına böyük diqqət yetirib" - QURUM RƏSMİSİ BİLDİRDİ

"Azərbaycan hər zaman milli idman növlərinin inkişafına böyük diqqət yetirib" - QURUM RƏSMİSİ BİLDİRDİ

"Kəmər güləşi üzrə Avropa Çempionatı 3-cü dəfədir təşkil olunur. Azərbaycanda milli idman növlərinin inkişafına hər zaman böyük diqqət yetirilib. Gənclər və İdman nazirliyi olaraq federasiyalarla birlikdə ortaq layihələrin həyata keçirilməsi davam edir". SİA xəbər verir ki, bu sözləri Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov Bakıda keçiriləcək kəmər güləşi üzrə Avropa Çempionatından öncə mətbuat konfransında deyib.

"Kəmər güləşi üzrə Avropa Çempionatının Bakıda Milli Gimnastika Arenasında keçirilməsi bu idman növünə və onun gələcəkdə Azərbaycanda inkişafına nə qədər önəm verildiyinin göstəricisidir. Çempionatda xaricdən 19 nümayəndə iştirak edəcək. Əminik ki, çempionat yüksək səviyyədə təşkil olunacaq və iştirak edən hər kəs məmnun qalacaq",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə