Rusiyalı fiqurlu konkisürənlər Diana Devis və Qleb Smolkin Gürcüstan təmsilçisi kimi birinci beynəlxalq yarışda mükafata layiq görülüblər. Bratislavada keçirilən Ondrej Nepela Memorialının nəticələrinə görə buz rəqqaslarından ibarət idman cütlüyü Çaykovskinin “Qu gölü”nə konki sürdüyü ritm rəqsində 77,62, sərbəst rəqsdə isə 111,32 xal toplayaraq xəzinələrinə gümüş medallar əlavə ediblər.
SİA-nın əldə etdiyi məlumata görə, podiumun ilk pilləsini Böyük Britaniyadan olan cütlük Laila Fir və Lyuis Qibson, bürünc medalı isə Çexiya təmsilçiləri Natali Taşlerova və Filip Taşler qazanıblar.
Xatırladaq ki, Rusiyada Devis-Smolkin cütünün ən yaxşı nailiyyətləri ölkə çempionatında gümüş olub. Konkisürənlər 14-cü yeri tutduqları 2022-ci il Olimpiadasında Rusiya Federasiyasını da təmsil ediblər.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB