"Qalatasaray"dan FİFA-ya şikayət edildi

"Qalatasaray"dan FİFA-ya şikayət edildi

"Qalatasaray"dan FİFA-ya şikayət edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Rumıniyanın futbol komandası olan FCSB, "Qalatasaray"ın Morutanın transferi üçün bonus ödəmədiyini əsas gətirərək FİFA-ya müraciət edib.

Rumıniya komandası 1 milyon avro mükafatın ödəniləcəyini gözləyir. Rumıniyalı jurnalist Emanuel Roşunun xəbərinə görə; Qalatasaray Çempionlar Liqasına vəsiqə qazanacağı təqdirdə Morutan üçün FCSB-yə daha 1 milyon avro bonus ödəyəcək.

"Qalatasaray" isə Çempionlar Liqasının qrup mərhələsindən əvvəl Morutanla yollarını ayırdıqlarını bəyan edib və bu qiymətin ödənilə bilməyəcəyini müdafiə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə