“Qarabağ” Marko Yankoviçlə müqaviləni uzatdı - FOTO

“Qarabağ” Marko Yankoviçlə müqaviləni uzatdı - FOTO

"Qarabağ” FK Marko Yankoviçlə müqaviləni yeniləyib. Klubla 28 yaşlı yarımmüdafiəçi arasında anlaşma iki il müddətinə uzadılıb. Futbol Klubundan SİA-ya verilən məlumata görə, monteneqrolu futbolçunun yeni müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

"2022-ci ilin yayından komandamızda çıxış edən Yankoviç "Qarabağ” forması ilə keçirdiyi 53 oyunda 3 qol vurub”, - deyə məlumatda qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə