“Qarabağ” - “Molde” oyununa neçə bilet satılıb?

Avropa Liqasının qrup mərhələsinin I turunda keçiriləcək "Qarabağ” - "Molde” (Norveç) oyununa satılan bilet sayı məlum olub. SİA xəbər verir ki, 12 min 500 bilet artıq sahibini tapıb. Bu barədə Ağdam klubunun Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd edək ki, sentyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək sözügedən matç saat 20:45-də başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə