...Nə Rusiya, nə də Belarus idmançıları Asiya Oyunlarında iştirak etməyəcəklər.
SİA-nın əldə etdiyi məlumata görə, bunu Rusiya Olimpiya Komitəsinin rəhbəri Stanislav Pozdnyakov bildirib.
O, bunun səbəbini “Beynəlxalq Olimpiya Komitəsinin Asiya Olimpiya Şurası rəhbərliyinin seçkilərini tanımaması və bununla da nə Rusiya, nə də Belarus idmançılarının yarışda iştirakına imkan verməyən təlatümlü vəziyyət yaratması” ilə izah edib.
Pozdnyakov qeyd edib ki, əvvəlcə Asiya Olimpiya Şurası Asiya qitəsi ərazisində yarışların keçirilməsi prosesinə başlamaq təklifi ilə çıxış edib, lakin ilin əvvəlində əldə olunan razılaşmalar baş tutmayıb.
Oyunlar 23-də başlayır və dəvət nə Belarusa, nə də Rusiya Olimpiya Komitəsinə göndərilməyib.
Pozdnyakov artıq hansısa dəvətnamənin göndəriləcəyinə ümid olmadığını da gizlətməyib.
Qeyd edək ki, bundan əvvəl 2023-cü ildə Çinin Hançjou şəhərində keçiriləcək Asiya Oyunlarında 500-ə qədər Rusiya və Belarus idmançısının iştirakına icazə veriləcəyi bildirilirdi. Amma onlar neytral bayraq altında yarışmalı idilər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB