"Çelsi" yenidən 32 yaşlı futbolçuya "qucaq açmağ"a hazırdır

"Çelsi" yenidən 32 yaşlı futbolçuya "qucaq açmağ"a hazırdır

Madrid "Real"ına keçidindən sonra karyerasında eniş yaşayan və "kral klubu"ndan ayrıldıqdan bəri işsiz olan Eden Hazard yenidən İngiltərə Premyer Liqasında top qova bilər.

SİA-nın əldə etdiyi məlumata görə, "Çelsi" yenidən 32 yaşlı futbolçuya "qucaq açmağ"a hazırdır.

Belə ki, London təmsilçisi belçikalı ilə danışıq aparır.

Son müsahibəsində karyerasını bitirmək niyyətində olduğunu bildirən Hazardın da yenidən "zadəganlar"da çıxış etmək istədiyi bildirilir.

Əgər razılaşma əldə olunsa, onun keçidi "Çelsi"yə pulsuz başa gələcək.

Bütün xəbərlər Facebook səhifəmizdə