Klublararası Dünya Çempionatının püşkü atılıb

Klublararası Dünya Çempionatının püşkü atılıb

Ciddədə (Səudiyyə Ərəbistanı) 2023-cü ildə keçiriləcək Klublararası Dünya Çempionatının püşkatma mərasimi keçirilib. SİA xəbər verir ki, turnirin yarımfinalında İngiltərənin “Mançester Siti” klubu Meksikanın “Leon” və Yaponiyanın “Urava Red Daymonds” matçının qalibi ilə qarşılaşacaq.

Turnirin digər yarısında isə ilk turda Səudiyyə “Əl-İttihad”ı və Yeni Zelandiyanın “Oklend Siti”si qarşılaşacaq ki, bu qarşıdurmanın qalibi digər ərəb klubu “Əl-Əhli” ilə oynayacaq.

Argentinanın “Boka Xuniors” və Braziliyanın “Palmeyras” klubları ikinci yarımfinala vəsiqə uğrunda mübarizə aparacaqlar. Bu cütün qalibi Libertadores Kubokunun finalında üz-üzə gələcək Braziliyanın “İnternasional” və “Fluminense” matçının qalibi ilə yarışacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə