“Mançester Yunayted”in yarımmüdafiəçisi “Fənərbağça” ilə anlaşdı

“Mançester Yunayted”in yarımmüdafiəçisi “Fənərbağça” ilə anlaşdı

“Fənərbağça” “Mançester Yunayted”in braziliyalı ulduzu Fredin transferi üçün prinsipial razılığa gəlib. SİA xəbər verir ki, italiyalı jurnalist Fabrizio Romanonun xəbərinə görə, braziliyalı “Fənər”in təklifini qəbul edib.

O, sağlamlıq müayinəsindən keçmək üçün İstanbula gələcək.

Xatırladaq ki, 2018-ci ildə 59 milyon avroya “Şaxtyor”dan “Mançester Yunayted”ə keçən 30 yaşlı futbolçunun müqaviləsi gələn mövsüm başa çatır. Fred 5 mövsümdə “Mançester Yunayted”in heyətində 213 oyun keçirib, 14 qol və 19 məhsuldar ötürmə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə