"Sabah meydana yaxşı nəticə üçün çıxacağıq" - Qurban Qurbanov

"Sabah meydana yaxşı nəticə üçün çıxacağıq" - Qurban Qurbanov

“Futbolçularımız kimə qarşı oynadıqlarını başa düşməli və hiss etməlidir".

SİA xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Polşa klubu “Rakuv”a qarşı keçiriləcək UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu ərəfəsində mətbuat konfransında deyib.

"Bizim üçün vacib oyundur. Çox intizamlı komandaya qarşı çıxış edəcəyik. Üstünlük rəqib tərəfdə olsa da, geridə qalan günlərdə pis hazırlaşmadıq, rəqibi tam yaxından tanıdıq. Sabah meydana yaxşı nəticə üçün çıxacağıq. Ən yaxşı oyunlarımızdan birini keçirməyə çalışacağıq. Buna ehtiyacımız var. Bütün futbolçular görüşə məsuliyyətlə hazırlaşıb"-, deyə o bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə