Ronaldu yeni mövsümdə ilk qolunu vurdu

Ronaldu yeni mövsümdə ilk qolunu vurdu

Kriştianu Ronaldu yeni mövsümdə ilk qoluna imza atıb. SİA xəbər verir ki, onun komandası “Ən-Nəsr” Tunisin “Monastir” klubu ilə qarşılaşıb.

Görüş Ərəb Çempionlar Kubokunun qrup mərhələsinin 2-ci turu çərçivəsində baş tutub.

Qeyd edək ki, portuqaliyalı ikinci qolun müəllifi olmaqla yanaşı, üçüncü qolun vurulmasında da iştirak edib və komandasının qələbəsində böyük pay sahibi olub. Oyun 4:1 ərəblərin xeyrinə başa çatıb. Matçda “Ən-Nəsr”in yeni transferi Marselo Brozoviç də yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə