Dembele "Barselona" və PSJ arasında seçim edəcək

Dembele "Barselona" və PSJ arasında seçim edəcək

Usman Dembelenin PSJ-yə mümkün transferi ilə bağlı məlumat təsdiqlənib. Nüfuzlu insayder Fabrizio Romano sosial mediada xəbər verir ki, Liqa 1 nəhəngi əlaqələrə başlayıb və 26 yaşlı Dembele üçün 50 milyon avroya "Barselona"dan satınalma şərtini aktivləşdirə bilər.

Romano, Dembelenin özünün mövqeyinin də həlledici olacağını istisna etmir.

SİA-nın əldə etdiyi məlumata görə, "Barselona" hətta maddi çətinliklərlə üzləşsə belə, fransızla ayrılmaq istəmir. Üstəlik, kataloniyalılar Ousmana yeni müqavilə təklif edirlər. Hazırkı müqavilə 2024-cü ilin iyun ayının sonuna kimidir.

Daha əvvəl PSJ-nin Kilian Mbappenin əvəzinə Usman Dembeleni nəzərdən keçirdiyi bildirilirdi.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə