“Real Sosyedad” heyətinə yeni futbolçu qatıb. SİA-nın məlumatına görə, İspaniya klubu Norveç yığmasının hücumçusu Brayan Fiabema ilə müqavilə imzalayıb.
20 yaşlı forvard La Liqa təmsilçisinə azad agent kimi qoşulub. O, bunadək “Çelsi”nin formasını geyinib.
Qeyd edək ki, Fiabema ötən mövsümü icarə əsasında “Forest Qrin”də keçirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB