"Əl Hilal" Mbappe üçün 259 milyonluq təklif edib

"Əl Hilal" Mbappe üçün 259 milyonluq təklif edib

Səudiyyə Ərəbistanının "Əl Hilal" klubu Paris Sen-Jermeninin hücumçusu Kilian Mbappe üçün dünya rekordu - 259 milyon funt-sterlinq təklif edib. SİA BBC Sport-a istinadən xəbər verir ki, müqaviləsinin bitməsinə bir il qalan 24 yaşlı Fransa kapitanı PSJ ilə müqaviləni uzatmaqdan imtina edib və Yaponiyaya mövsümöncəsi turun bir hissəsi olmayıb. PSJ isə Mbappeni gələn yay pulsuz buraxmaqdansa, indi transfer etmək istəyir.

Qeyd edək ki, Neymarın 2017-ci ildə Barselonadan PSJ-yə 200 milyon funt-sterlinq qarşılığında transferi indiki rekorddur.

Müəllif: Aysel Naibli

Bütün xəbərlər Facebook səhifəmizdə