"İdman siyasəti ölkəmizin inkişafı üçün strateji əhəmiyyətlidir" - DEPUTAT FİKİR BİLDİRDİ

"İdman siyasəti ölkəmizin inkişafı üçün strateji əhəmiyyətlidir" - DEPUTAT FİKİR BİLDİRDİ

“Ölkəmiz son illərdə bütün sahələr üzrə sürətlə inkişaf edir. Dövlət başçısının ölkəmizə rəhbərliyi dövründə siyasi, iqtisadi, mədəni, həm də idman sahəsində böyük uğurlar qazanmışıq. Azərbaycan bu gün idman ölkəsi kimi tanınır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, ölkəmizdə təşkil olunan Avropa Oyunları, İslam Həmrəylik Oyunları, Dünya Avropa Çempionatları ən yüksək səviyyədə təşkil edilir: “Ölkəmizdə keçirilən bu yarışlar federasiyalar tərəfindən bütün dünya təşkilatlarına nümunə göstərilir. Təbii ki, idman siyasəti ölkəmizin inkişafı üçün strateji əhəmiyyətlidir. Buradakı uğurlar isə ölkənin gücünü və potensialını göstərir.

Polşada təşkil olunan Avropa Oyunlarında Azərbaycan idmançıları böyük uğurlar qazandılar. O cümlədən bir çox idman növləri üzrə qızıl medallar əldə olunub. Atletimiz Lamiyə Vəliyeva 100 metr məsafəni 11.89 saniyəyə qət etməklə, bütün dünyaya idman sahəsindəki gücümüzü göstərmiş oldu. Güləş, cüdo idman növlərində isə əldə etdiyimiz uğurlar xüsusi olaraq vurğulanmalıdır”.

Bütün xəbərlər Facebook səhifəmizdə