“Qarabağ”dan ayrılan Zamiq Əliyev “Kəpəz” komandasına keçib

“Qarabağ”dan ayrılan Zamiq Əliyev “Kəpəz” komandasına keçib

“Qarabağ”dan ayrılan Zamiq Əliyev “Kəpəz” komandasına keçib. SİA xəbər verir ki, Gəncə təmsilçisindən verilən məlumata görə, 22 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

O, yeni komandasında 2 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Zamiq Əliyev ötən mövsümü də icarə əsasında "Kəpəz"də keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə