Azərbaycanın çimərlik futbolu yığması Polşada Ukraynaya qalib gəlib

Azərbaycanın çimərlik futbolu yığması Polşada Ukraynaya qalib gəlib

Çimərlik futbolu üzrə Azərbaycan millisi Polşada təşkil olunan III Avropa Oyunlarında növbəti matçını keçirib. SİA xəbər verir ki, 5-8-ci yerlər uğrunda görüşdə Ukrayna seçməsi ilə qarşılaşan yığma 7:6 hesablı qələbə qazanıb. Komandanın heyətində qolları Amid Nəzərov (3), Elşad Manafov (2), Orxan Məmmədov və İsa Zeynallı vurublar.

Qeyd edək ki, Azərbaycan iyulun 1-də Moldova ilə 5-ci yer uğrunda matça çıxacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə