Sablya üzrə qadınlardan ibarət Azərbaycan millisi Polşada 6-cı yeri tutub
Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət Azərbaycan milli komandası Polşada keçirilən III Avropa Oyunlarında çıxışını başa vurub. SİA xəbər verir ki, Anna Başta, Palina Kaspiaroviç, Valeriya Bolşakova və Səbinə Kərimovadan ibarət kollektiv 5-ci yer uğrunda görüşdə İspaniya ilə üz-üzə gəlib.
Rəqibinə 42:45 hesabı ilə uduzan yığma yekunda 6-cı yeri tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB