"Əziz Şuşa" beynəlxalq velosiped yarışının mətbuat konfransı keçirilib - YENİLƏNİR-FOTOLAR
Bu gün "Ramada Hotel"in akt zalında "Əziz Şuşa" beynəlxalq velosiped yarışının mətbuat konfransı keçirilib. SİA xəbər verir ki, konfransdan öncə yarışda iştirak edəcək media nümayəndələrinə akkreditə kartları və "Əziz Şuşa" loqolu köynək və şapkalar paylanılıb.
Konfransda Gənclər və İdman Nazirliyindən qurum rəsmisi, yarışın təşkilatçıları, mühafizə xidmətindən nümayəndə iştirak edib. Jurnalistlərə yarışın mahiyyəti, yarışın rotası, jurnalistlərin riayət etməli olduğu qaydalar haqqında ümumi məlumat verilib.
Sonda jurnalistlərin verdiyi suallara cavab verilib.
Fazil Mehdixanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB