"Barselona"dan ayrılan Serxio Buskets yaxın gələcək üçün planlarını bölüşüb.

SİA Qol.az-a istinadən xəbər verir ki, yarımmüdafiəçi Avropada oynamaq istəmədiyini deyib:

"Düzünü desəm, hələ heç nə planlaşdırmamışam. Üç-dörd variantım var, amma heç bir qərar verilməyib. Avropadan gələn klubda oynamaq istəmirəm. Hansısa ciddi matçda "Barselona"ya qarşı otnamaq çətin olardı.Mən daha sakit bir həyat yaşamaq istəyirəm.

Yaxın iki və ya üç həftə ərzində qərarımı verəcəm. Qərar mənə və ailəmə aid olacaq".

Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Buskets 2008-ci ildə əsas komandada debüt edib. İspaniya millisinin üzvü kataloniyalıların heyətində 718 oyuna 18 qol vurub və 45 məhsuldar ötürmə verib. 34yaşlı yarımmüdafiəçi "Barselona" ilə 8 dəfə İspaniya çempionu, 7 dəfə ölkə kuboku və super kubokunu qazanıb, 3 dəfə Çempionlar Liqasının, UEFA super kubokunun və Klublararası dünya çempionatının qalibi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə