İtaliya A Seriyasında 2022/23 mövsümünə yekun vurulub. SİA xəbər verir ki, 38-ci turda çempion “Napoli” öz meydanında sonuncu sıradakı “Sampdoriya”nı iki qolla üstələyib.
“Atalanta” evdə “Montsa”nı 5:2, “Yuventus” səfərdə “Udineze”i 1:0 məğlub edib. “Roma” isə öz meydanında “Spetsiya”dan üstün olub - 2:1.
Beləliklə, “Atalanta” və “Roma” Avropa Liqasında oynamaq hüququ qazanıblar. “Yuventus” isə Konfrans Liqasına yollanıb. Səfərdə “Milan”a 1:3 uduzan “Verona” 18-ci yeri tutaraq, A Seriyası ilə vidalaşan sonuncu komanda olub. “Spetsiya” da eyni - 31 xal toplayıb, lakin şəxsi oyunlarda üstünlüyə görə komanda elitada mövqeyini qoruyub.
Daha əvvəl “Sampdoriya” və “Kremoneze”nin A Seriyasını tərk edəcəyi dəqiqləşmişdi.
Qeyd edək ki, çempion “Napoli” ilə yanaşı, “Latsio”, “İnter” və “Milan” da növbəti mövsüm İtaliyanı Çempionlar Liqasında təmsil edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB